!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ separatçılarının “pandemiya seçkisi”: “Bu komediyaya “legitimlik donu” geydirmək üçün...” – Partiya sədri

!Reklam – Yazi

“Körpələrin dərisini soyan quldurlardan pandemiya dönəmində insan sağlamlığına və həyatına hörmət gözləmək sadəlövhlük olar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Dağlıq Qarabağdakı xunta rejiminin koronavirus pandemiyasının geniş yayıldığı dönəmdə “prezident və parlament seçkiləri” keçirməsinin məqsədlərini şərh edən AĞ Partiya başqanı Tural Abbaslı deyib.

Tural Abbaslı bildirib ki, erməni terrorçuları öz xəstə təfəkkürlərinin məhsulu olan utopik ideyalara görə insan həyatına heç bir dəyər vermirlər:

“Azərbaycanın işğal olunmuş ərazilərində hansısa qondarma belə olsa, quruluşun mövcudluğunu, orada guya ki, hansısa komediyanın – yenə də legitim olmasa belə – seçki adlandırılmasının qəti əleyhinəyəm. Azərbaycan ərazilərinin iyirmi faizi bir qrup quldur, terrorçu tərəfindən işğal olunub və nəzarətdə saxlanılır.

“Seçki” adı altında baş tutan komediya dünya ictimaiyyətini aldatmağa və özlərinin quldur, başkəsən, terrorçu mahiyyətlərini gizlətməyə hesablanıb. Təbii ki, dünyadan bu məsələdə Azərbaycana qarşı ədalət gözləmək də sadəlövlükdür. Artıq heç bir Azərbaycan vətəndaşına sirr deyil ki, böyük gücləri ədalət və insan haqlarından daha çox öz maraqları narahat edir. Odur ki, Qarabağ məsələsində də bu qədər səssizlik və mövqesizlik sərgiləyirlər.

Azərbaycanın Qarabağ bölgəsində erməni terrorçularının “seçki” adı altında təşkil etdikləri komediya isə bilərək və düşünülmüş şəkildə pandemiya dönəmində keçirildi ki, diqqəti daha çox cəlb edə bilsin. Guya bununla dünya ictimaiyyətinin nəzərində Dağlıq Qarabağda “dövlət” olduğu və “seçki” keçirildiyi təsəvvürü yaranacaq.

O da tam doğrudur ki, pandemiyanın tüğyan etdiyi bir zamanda minlərlə insanın həyatını riskə ataraq, “seçki” adlı komediya təşkil edilib. Ancaq yenə də heç birimizə sirr deyil ki, erməni terrorçuları öz xəstə təfəkkürlərinin məhsulu olan utopik ideyalara görə insan həyatına dəyər vermirlər. Biz buna ermənilərin ötən əsrin əvvəllərində təşkil etdikləri qırğınlardan tutmuş Xocalı Soyqırımını törətmələrinə qədər bəşəri cinayətlərin dəfələrlə şahidlik etmişik.

Körpələrin dərisini soyan quldurlardan pandemiya dönəmində insan sağlamlığına və həyatına hörmət gözləmək sadəlövhlük olar. Qarabağdakı terrorçular nə komediya təşkil edirsə-etsin, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar bununla bağlı hansı ədalətsiz mövqe tuturlarsa-tutsunlar, biz öz torpaqlarımızı azad etməliyik.

Bu istiqamətdə Azərbaycan xalqından və onun şanlı ordusundan başqa kimsədən nə kömək, nə də razılıq gözləməliyik. Torpaqlarımız başkəsən terrorçuların işğalından birdəfəlik azad olunmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

789
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv