“Qarabağ”ın sabiq futbolçusu Samuel Armenterosun yeni iş yeri bəlli olub.
Yenicag.az xəbər verir ki, isveçli forvad karyerasını İtaliyada davam etdirəcək. 27 yaşlı hücumçu B seriyasında mübarizə aparan “Palermo” ilə anlaşıb. Tərəflər arasında 4 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Armenteros ötən mövsümü Hollandiya Erediviziyasında çıxış edən “Herakles”da keçirib.
www.yenicag.az