“Qəbələ” Qriqorçukla bağlı qərarını açıqladı – Rəsmi

“Qəbələ” klubu baş məşqçisi Roman Qriqorçukla bağlı yekun qərarını verib.

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, ukraynalı mütəxəssislə başa çatan müqavilənin müddəti daha bir il də uzadılıb. Bunu saytımıza açıqlamasında “qırmızı-qaralar”ın baş meneceri Zaur Əzizov deyib.

Qeyd edək ki, “Qəbələ”nin ən uğurlu çıxışı məhz Qriqorçukun rəhbərliyi dövrünə təsadüf edir. Komandasını iki dəfə ardıcıl olaraq Avropa Liqasının qrup mərhələsinə yüksəldən ukraynalı, ölkə çempionatında da gümüş və bürünc mükafatların sahibidir.

Emin Səfərov
Yeniçağ.az