Qəbələdə avtoqəza: 1 nəfər öldü, 3 nəfər yaralandı

media-hightechnic-468x90

Daxili İşlər Nazirliyi (DİN) Qəbələ rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, mayın 5-də saat 16 radələrində Qəbələ rayonunun Savalan kəndi ərazisində Bum qəsəbə sakini T.Eyyubovun idarə etdiyi “Mercedes” və Göyçay rayon sakini Nəsib Yusifovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə N.Yusifov hadisə yerində, sərnişinlərindən Vilayət Yusifova, Dəniz Məmmədova xəstəxanada ölüb, digər 3 sərnişini, habelə T.Eyyubov və sərnişini xəstəxanaya yerləşdiriliblər.

Qəbələ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600