Qənirə Paşayeva mükafatlandırıldı

media-hightechnic-468x90

yt6uyjAzərbaycanın millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva mükafata layiq görülüb.

Türkiyənin Moonlife dərgisi “2013-cü ilin ən yaxşıları”nı elan etdikləri mükafatlandırma gecəsində o, özəl ödül olaraq “Uluslararası Dostluq” ödülünə layiq görülüb. Deputatın sosial şəbəkədəki səhifəsində verilən məlumata görə, Türkiyənin millət vəkilləri, siyasətçiləri, ictimai xadimləri, sənət, elm, ədəbiyyat və mediya dünyasının tanınmış nümayəndələrinin qatıldığı tədbirdə bir-sıra ictimai-siyasi xadimlərlə bərabər sənət, elm, ədəbiyyat və mediya sahəsindən də bir sıra tanınmış şəxslər mükafatlandırılıblar.

Siyasətçilər Haluk İpek, Hüseyin Bürge, Gülay Dalyan, Kazakistan Büyükelçisi Can Seyit Tüymebayev, sənət, elm, ədəbiyyat və mediya dünyasının tanınmış nümayəndələri Orhan Gencebay, Fatih Portakal, Mesut Yar, Cengiz Kurtoğlu, Deniz Çakır, Barış Falay, Zahide Yetiş, Yüksel Aytuğ, İskender Paydaş, Aydan Şener, Şükrü Avşar, Hakan Akkaya, Ceylan, Alişan-Çağla Şikel, Cebrail Mungan, Salih Keçeci, Pelin Ceri, Ümit Besen, Banu Zorlu, Safiye Soyman, Tamer Aydoğdu, Suat Aydoğan, Yıldırım Mayruk, İrfan Değirmencinin və digərlərinin qatıldığı tədbirdə bildirilib ki, millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevaya millət vəkili olmaqla bərabər bir sivil toplum təşkilatı rəhbəri olaraq da hər zaman bütün platformalarda çıxışlarında və fəaliyyətində “bir millət iki dövlət” düşüncəsi ilə çalışır və Azərbaycan həqiqətləri ilə bərabər Türk dünyası həqiqətlərini də dünyaya çatdırır və Türk Dünyası ilə bağlı həqiqətlərin çatdırılmasında, dostluq dəyərləri, mədəniyyətlər və dinlərarası xoşgörü, toleranlıq mövzularının təbliğində hər zaman fəal iştirak edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600