Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

media-hightechnic-468x90

Bəzi dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti davam edir.

media-banner_tkm

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, iyunun 29-u saat 16:00-a olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Yardımlıda arabir yağış yağıb.

Sinoptiklərin tərəfindən öncədən verilən narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Goranboyda 23 m/s, Naftalanda 22 m/s təşkil edir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 30, Aran rayonlarında 30, dağlıq rayonlarda 19 dərəcəyədək isti olub.

Bəzi dağlıq və dağətəyi ərazilərdə müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 1-i axşamadək davam edəcəyi, şərq küləyinin bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.
media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05