Qəzaya düşən təyyarənin görüntüləri yayıldı-Video, Foto

media-hightechnic-468x90

FRANCE-CRASH/“Germanwings” avia şirkətinə məxsus Airbus A320-i təyyarəsinin qəzadan sonra qırıntılarının ilk görüntüləri yayılıb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, hazırda xilasedicilər hadisə yerində çalışır.

Təyyarənin ən böyük qırıntılarının minik avtomibili ölçüsündə olduğu bildirilir.

“Airbus A 320” təyyarəsində 142 sərnişin, 6 heyət üzvü olub.

Məlumata görə, qəzadan öncə təyyarə həyəcan siqnalı göndərib.

Qeyd edək ki, “Airbus A 320” təyyarəsi Fransanın cənubunda qəzaya düşüb. Sərnişin təyyarəsində 2 pilot, 4 ekipaj üzvü və 142 sərnişin olub. Təyyarə ucuz bilet satan və Lufthanzanın alt markası olan “Germanwings” adlı hava yolu şirkətinə aiddir. Təyyarə 1991-ci ildə istehsal olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa