Qəzzada həlak olanların sayı 55 mini keçib

media-hightechnic-468x90

 

İsrailin 7 oktyabr 2023-cü ildən intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında 55,104 nəfər həlak olub, 127,394 nəfər isə yaralanıb.

APA-nın Qəzza Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, ölənlərin yarıdan çoxunu qadınlar və uşaqlar təşkil edir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600