Qırğızıstanın dövlət başçısı vəzifələrini icra edən Sadır Japarov seçki məntəqələrinin 90,06%-ində səslərin hesablamasından sonra vaxtından əvvəl keçirilən prezident seçkilərin birinci turunda 79,15% nəticə ilə qalib gəlir.
Bunu respublikanın Mərkəzi Seçki Komissiyasının (MSK) portalında dərc edilmiş son məlumatlar göstərir.
Məlumatlara görə, onun ən güclü rəqibi sayılan Adaxan Madumarov 6,56% səs yığıb.
Ölkənin 90,1% seçki məntəqəsinin məlumatına əsasən Qırğızıstanda prezident modeli ilə bağlı idarə üsuluna referendumda 80,%-dən çox seçisi səs verib. Vətəndaşların 10,83 faizi parlament idarə üsulunu dəstəkləyib, hər iki varianta qarşı səs verənlər 4,41% təşkil edib.
***
Qırğızıstanda növbədənkənar prezident seçkiləri və idarəetmə formasına dair referendumda səsvermə başa çatıb.
Yenicag.az-ın məlumatına görə, bu barədə Qırğız Respublikasının Mərkəzi Seçki Komissiyasından bildiriblər.
Məlumatda deyilir: “Bu gün məntəqələr saat 08:00-dan saat 20:00-a (Bakı vaxtı ilə 06:00 – 18:00) qədər açıq olub. Son məlumatlara əsasən, prezident seçkilərində 33,13 faiz seçici, referendumda isə 33,08 faiz seçici iştirak edib”.
www.yenicag.az