Türkiyənin “Alanyaspor” klubunun braziliyalı hücumçusu Vaqner Lav maraqlı etirafla gündəmə gəlib.
Yenicag.az xəbər verir ki, əsl adı Vaqner Silva de Souza olan 33 yaşlı futbolçu Türkiyə mətbuatına açıqlamasında ona niyə Vaqner Lav (ingiliscə “love”) deyilməsinə belə aydınlıq gətirib:
“Bunun hekayəsini danışanda həyat yoldaşım mənə əsəbləşəcək (gülür). 7 il əvvəl qanımızın qaynayan vaxtı idi. Klubun düşərgəsinə qızla gəlmişdim. Gizli-gizli otağa çıxanda baş məşqçimiz gördü. O gündən komanda yoldaşlarım mənə “love” deməyə başladı. Eşq ləqəbi də üstümdə qaldı. Düzü, sevgilimlə pis bir niyyətimiz də yox idi (gülür). O günlər artıq geridə qaldı. İndi isə evliyəm”.