Qohum evliliyi qadağası QÜVVƏYƏ MİNİR: “O cütlüklər ailə sayılmayacaq” – VİDEO
“Nikah müqaviləsi bağlamadan qohumlarla ailə quran cütlük olacaqsa, o halda, onların dünyaya gətirdikləri övladların sənədləşmə işində və digər məsələlərdə ciddi problemlər yaşanacaq.”
Bunu Yenicag.az-a açıqlamasında sabahdan qüvvəyə minən qohum evliliklərinin qadağası ilə bağlı qanunla əlaqədar fikirlərini bölüşərkən sosioloq Üzeyir Şəfiyev deyib.
Sosioloq bildirib ki, nikah müqaviləsi bağlamadan evlənən qohum cütlüklər gələcəkdə ciddi problemlərlə üzləşəcəklər:
“İndi könüllüdür, amma təklif edərdim ki, Azərbaycanda nikah müqaviləsi məcburi xarakter daşısın. Nikah müqaviləsi bağlamayan cütlük ailə hesab olunmasın. Nikah müqaviləsi bağlamadan evlənən qohum cütlük bilməlidir ki, o halda, onların dünyaya gətirdikləri övladların sənədləşmə işində ciddi problemlər yaranacaq. Boşanma ilə qarşılaşdığı halda aliment, övladın kimdə qalması, mülkün bölünməsi və s. məsələlərdə problemlər ortaya çıxacaq”.
Ətraflı videonu təqdim edirik:
Cəvahir
Samir Məcidov