Rusiya hərbçiləri Kaxovkada daha bir ailəni məhv edib – ÖZƏL

media-hightechnic-468x90

Ukraynaya hərbi təcavüz edən Rusiya ordusunun əsgərləri mülki əhaliyə divan tuturlar.

Yenicag.az-a Ukraynadakı mənbələrdən daxil olan məlumata əsasən, rus hərbçiləri Ukraynanın cənubunda yerləşən Kaxov şəhərini tərk etmək istəyən nənə, baba, ana və onun azyaşlı uşağından ibarət bir ailəni güllələyib.

Ailə şəhər kənarındakı su bəndinin ərazisindən keçərkən gülləbaran edilib.

Qeyd edək ki, Rusiya ordusu fevralın 24-ü səhər saatlarından Ukraynaya hərbi təcavüzə başlayıb.

İşğal əməliyyatlarına təqribən 200 minlik hərbi kontingent cəlb edilsə də, Ukrayna ordusunun güclü müqaviməti ilə qarşılaşan Rusiya kontingenti ciddi itkilər verməkdədir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600