Rusiya ilə Cənubi Osetiya arasında müttəfiqlik sazişi imzalanıb
Rusiya ilə qondarma Cənubi Osetiya Respublikası arasında müttəfiqlik və inteqrasiya haqqında saziş imzalanıb.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, sənədə Rusiya prezidenti Vladimir Putinlə Cənubi Osetiya separatçılarının lideri Leonid Tibilov imza atıblar.
İmzalanma mərasimindən öncə Putinlə Tibilov Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər.