Rusiya İstintaq Komitəsi 6 azərbaycanlıya qarşı ittiham irəli sürdü

media-hightechnic-468x90

Rusiya İstintaq Komitəsi Yekaterinburqda “mütəşəkkil cinayətkar qruplaşma işi” üzrə altı azərbaycanlıya qarşı ittiham irəli sürüb. 

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko açıqlayıb.

Qeyd olunub ki, Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi 2001, 2010 və 2011-ci illərdə Sverdlovsk vilayətində Azərbaycan Respublikasından olan şəxslərin qətlə yetirilməsi və adam öldürməyə cəhd faktları ilə bağlı cinayət işinin istintaqını davam etdirir:

“Cinayət işi üzrə təqsirləndirilən şəxslərdən Məzahir Səfərov, Akif Səfərov, Ayaz Səfərov, Əhliman Gənciyev, Şahin Lalayev və Bəkir Səfərovdur. Cinayətlərin törədilməsində rolundan və iştirak dərəcəsindən asılı olaraq, onlardan beşi artıq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “g”, “z” bəndləri, 30-cu maddəsinin 3-cü hissəsi, 30-cu maddəsinin 2-ci hissəsi və 30-cu maddəsinin 3-cü hissəsi ilə (qabaqcadan sui-qəsd planlaşdırılması, kirayəlik qatil tutumaqla adam öldürməyə cəhd) ittiham olunublar.

İstintaqın vəsatəti əsasında altı təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Onların hamısı Rusiya Federasiyasının vətəndaşlarıdır.

İstintaqla müəyyən edilib ki, cinayətkar qrupun tərkibində olan təqsirləndirilən şəxslər 2001-ci ildə Y.Paşayevi, 2010-cu ildə F.Şirinovu muzdla öldürməyə cəhd, 2011-ci ildə isə Azərbaycan Respublikasının vətəndaşı İ.Hacıyevi qətlə yetirmək istəyiblər. Bu cinayətlərin motivi biznesdə təsir dairələrinin bölünməsi, habelə şəxsi qisasçılıq olub.

Cinayət işinin istintaqı davam etdirilir”./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600