Rusiya Xarkova yenidən HÜCUM ETDİ – DETALLAR
Rusiya Silahlı Qüvvələrinin Ukraynaya qarşı hərbi əməliyyatları davam edir.
Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilir ki, Rusiya ordusu Xarkov şəhərinə qarşı son hücum zamanı cəmi 9 dəqiqə ərzində 17 ədəd pilotsuz uçuş aparatı (PUA) istifadə edib.
Xarkov vilayətinin qubernatoru Oleq Sinequbovun açıqlamasına görə, dron hücumları nəticəsində 3 nəfər həlak olub, 65 nəfər isə yaralanıb. Yaralılar arasında 9 azyaşlı da var.
Şəhərin meri İqor Terexov hücumların nəticəsində yaşayış binalarında və mülki infrastruktur obyektlərində ciddi dağıntıların baş verdiyini bildirib. Onun sözlərinə görə, çoxmərtəbəli və fərdi yaşayış evləri, uşaq oyun meydançaları, ictimai nəqliyyat vasitələri və müxtəlif iş yerləri birbaşa ziyan görüb.
Göycə Göycəyev