“Avropa İttifaqının (Aİ) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro göndərmək planlarının arxasında Transqafqazda dağıdıcı təsirin yayılması üçün geosiyasi hesablamalar dayanır”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Aİ-nin Ermənistana 10 milyon dollar hərbi yardım ayırması ilə bağlı xəbərə münasibət bildirərkən deyib.
XİN rəsmisi, Aİ-nin bu hərəkətini Qafqazda təsirini genişləndirmək istədiyini bir daha göstərdiyini vurğulayıb:
“”Qondarma Avropa Sülh Fondu” sülh, sabitlik və ya təhlükəsizlik deyil, müharibə, təxribat törədən ölkələr toplusudur. Bunu Ukraynanın timsalında görmək olar. Çoxsaylı böyük münaqişələrin yaşandığı bir regionda müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından 10 milyon dollarla nə etmək olar. Amma öz siyasətini və müdafiəsini necə quracağına qərar vermək suveren ölkənin öz işidir”.