Rusiyada azərbaycanlılar saxlanıldı

media-hightechnic-468x90

Rusiyanın Pervouralsk şəhərində saxta spirt istehsalı ilə məşğul olan Azərbaycan vətəndaşları saxlanılıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Yekaterinburq İctimai Palatasının üzvü Dmitri Çukreyev deyib.

Çukreyevin sözlərinə görə, Pervouralskda saxta araq istehsal edən və qablaşdıran yeraltı sexin fəaliyyəti iyulun ortalarında Daxili İşlər Nazirliyinin Sverdlovsk Baş İdarəsinin əməliyyatçıları tərəfindən dayandırılıb. Həmin vaxt azərbaycanlı iş adamı Elvin Şükürov saxlanılıb:

“İndi isə saxta məhsul istehsalı ilə məşğul olan Şükürovun iki həmyerlisi Elməddin İdris oğlu Ağayev və Mirxas Əliheydər oğlu Verdiyev saxlanılıb”./axar.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05