!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyaya verdiyi 48 saat bitdi - Ukrayna təcili iclas çağırdı

!Reklam – Yazi

Ukrayna Rusiya və Vyana sənədinin digər iştirakçı dövlətləri ilə təcili görüş tələb edib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri Dmitri Kuleba “Twitter” səhifəsində yazıb.

XİN rəhbəri vurğulayıb ki, 48 saat ərzində Rusiya Vyana sənədi çərçivəsində öz qoşunları haqqında məlumat verməyib:

“Rusiya bizim Vyana Sənədi üzrə sorğumuza cavab vermədi. Biz növbəti addımı atırıq. Ukrayna yaxın 48 saat ərzində Rusiya Federasiyası və bütün iştirakçı dövlətlərlə sərhədimizdə Rusiya qoşunlarının gücləndirilməsi və digər fəaliyyətini müzakirə etmək üçün iclas çağırır. Əgər Rusiya ATƏT məkanında təhlükəsizliyin bölünməzliyi ilə bağlı dediklərinə ciddi yanaşırsa, gərginliyi azaltmaq və bütün iştirakçı dövlətlər üçün təhlükəsizliyi gücləndirmək üçün hərbi şəffaflıq öhdəliklərini yerinə yetirməlidir”.

www.yenicag.az

487
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv