Sabah Bakı metrosu gücləndirilmiş rejimdə çalışacaq

media-hightechnic-468x90

Avqustun 12-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası matçına görə, Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Yenicag.az-a Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyində “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Bakı Metropoliteninin paytaxtda keçirilən kütləvi-mədəni tədbirlərlə əlaqəli müvafiq əməliyyat planına uyğun olaraq, oyun günü üç stansiyada gücləndirilmiş iş qrafiki tətbiq olunacaq.

Qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında əlavə tədbirlər görüləcək.

Sərnişinlərin rahat daşınması, arena istiqamətində səmti düzgün müəyyən etməsi və oyun yekunlaşdıqdan sonra mənzil başına rahat çatmaları üçün əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib ediləcək.

Qatarlar yay qrafikinə uyğun hərəkətini davam etdirəcək. Ehtiyac yaransa, əlavə qatarlar xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa