“Sabah” Premyer Liqada növbəti qələbəsini qazandı

media-hightechnic-468x90

“Sabah” komandası Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

media-banner_tuq

Yenicag.az-ın məlumatına görə, Masazır təmsilçisi XXIX turun sonuncu matçında “Karvan-Yevlax”a qalib gəlib.

“Bank Respublika Arena”dakı qarşılaşma 2:0 hesabı ilə bitib.

49-cu dəqiqədə Patrik Mbina, 55-ci dəqiqədə Aron Maluda fərqlənib.

Qonaqlardan Tompson Qavi 36-cı dəqiqədə ikinci sarı vərəqəni alaraq meydanda qovulub. Meydan sahiblərindən Aleksey İsayev 64-cü dəqiqədə birbaşa qırmızı vərəqə görüb.

Günün ilk görüşündə “Turan Tovuz” “Zirə” ilə heç-heçə edib – 1:1.

Xatırladaq ki, daha əvvəl “Sumqayıt” “İmişli”ni (2:0), “Şamaxı” “Kəpəz”i (2:0), “Qarabağ” “Neftçi”ni (5:1) məğlub edib. “Qəbələ” – “Araz-Naxçıvan” matçında qalib müəyyənləşməyib – 1:1.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05