Səddam Hüseynin türbəsi dağıdıldı
Yenicag.az Türkiyə mediasına istinadən bildirir ki, İraqın keçmiş lideri Səddam Hüseynin doğulduğu Tikrit şəhərinin Əl-Avja kəndində yerləşən türbəsi İŞİD döyüşçüləri tərəfindən yerlə-yeksan edilib.
Qeyd edək ki, bir il əvvəl həmin kəndin sünni sakinləri Səddam Hüseynin cəsədinin naməlum yerdə dəfn olunduğunu bildirmişdilər. İŞİD ötən ilin avqustunda türbənin tamamilə dağıldığını vurğulamışdır. Ancaq sonradan yerli sakinlər bu məlumatı təkzib etdilər.
Xatırladaq ki, Səddam Hüseyn 2003-cü ildə ABŞ silahlı tərəfindən yaxalanmış və 2006-cı ildə edam edilmişdir. Cəsədi isə Tikritdə şəhərində sözügedən türbədə dəfn edilmişdi.
Eyni zamanda İraq ordusu və İranın dəstək verdiyi şiə milis dəstələri də Tikrit şəhəri uğrunda İŞİD-lə qızğın döyüş aparır. Qeyd edək ki, İŞİD döyüşçüləri hələ ötən ilin iyun ayında Tikrit şəhərini ələ keçirib.