Səfər Qaraqoyunlu: "Rusiyada Azərbaycan türklərinə qarşı həyata keçirilən repressiv tədbirlər qəbuledilməzdir"

media-hightechnic-468x90

“Uzun müddətdir Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyanın repressiv rejiminə kim “dur” deyəcək? Regionun sülhə və sabitliyə ehtiyac duyduğu bir vaxtda bu cür hərəkətlər qəbuledilməzdir”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu ifadə edib.

İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində həmvətənlərimizə qarşı törədilən qəddarlıqla bağlı danışan İSTAD sədri deyib:

“Rusiya Federasiyasında yaşayan türklərə, müsəlmanlara qarşı təzyiqlər, həyata keçirilən repressiv tədbirlər qəbuledilməz. Türk Dövlətləri Təşkilatı bu məsələdə təşəbbüs göstərməlidir. Türklərə qarşı həyata keçirilən bu amansız siyasətin lazımi cavabı verilməlidir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600