Səfir: "Sabahdan Bakı-Tehran-Bakı aviareysi bərpa olunur"

media-hightechnic-468x90

“Azərbaycan Hava Yolları” QSC (AZAL) sentyabrın 6-dan etibarən Bakı-Tehran-Bakı marşrutu üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlayır.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “X”də yazıb.

Diplomat xatırladıb ki, sentyabrın 3-də AZAL-ın Bakı-Təbriz-Bakı marşrutu üzrə ilk birbaşa reysi həyata keçirilib:

“Bu aviareys ilkin olaraq həftədə iki dəfə həyata keçiriləcək. Şənbə günündən etibarən isə AZAL-ın Bakı-Tehran-Bakı reysi də bərpa olunacaq”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa