Tunisin səhiyyə naziri Slim Çaker vəfat edib.
Yenicag.az xəbər verir ki, o, xərçənglə mübarizəyə dəstək üçün təşkil edilən marafon qaçışında infarkt keçirib.
56 yaşlı nazir 500 metrlik məsafəni qaçdıqdan sonra özünü yaxşı hiss etməyib və dərhal xəstəxanaya çatdırılıb.
Baş nazir Youssed Çahed isə Slim Çakerin artıq vəfat etdiyini bildirib.