Xərçəng hüceyrələrini öldürən çay qatqısı hansıdır?

media-hightechnic-468x90

Berqamot ekstraktı xərçəngin müalicəsində müsbət effekt göstərə bilər. Bu qənaətə Kalabriya Universiteti və Salford Universitetinin alimləri gəliblər.

Yenicag.az xəbər verir ki, onların tədqiqatları “ScienceDirect” portalında dərc olunub.

Mütəxəssislər berqamotun tərkibində olan brutyeridin və melitidin maddələrinin xolesterol fermentlərini ifraz etdiklərini və bununla da xərçəng hüceyrələrinin bölünməsinin dayandırılmasına və məhv olmasına kömək etdiyini aşkarlayıblar.

Tədqiqatçılar qeyd edirlər ki, müasir tibbdə istifadə olunan statin qrupundan olan dərmanlarından fərqli olaraq, berqamotun ciddi yan təsirləri yoxdur.

Alimlər berqamot vasitəsilə xərçənglə mübarizə üçün yeni qeyri-toksik dərmanlar yaratmağın mümkün olduğunu düşünürlər./Report/

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600