Səngərdə silah, masada PLAN: Böyük güclər yeni dünya xəritəsini CIZIRLAR

media-hightechnic-468x90

“Böyük dövlətlər öz maraqlarını tam şəkildə təmin edənə qədər proseslər davam edəcək”.

Bu fikri qlobal aləmdə baş verən proseslər, alovlanan münaqişə ocaqları və gözlənilən nəticələri Yenicag.az-a dəyərləndirən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

O, bildirib ki, böyük dövlətlər maraqlarına çatana qədər proseslər bu şəkildə davam edəcək:

“Əgər neçə istiqamətdə döyüşlər gedirsə, bu dünya müharibəsidir. Sadəcə nüvə silahı tətbiq olunmayıb. Qalan bütün silahlardan istifadə olunub.Sanki dünyanın bölüşdürülməsi prosesi gedir. Geosiyasi bölgüdən Hindistan da geri qalmaq istəmir. Rusiya, Çin və ABŞ arasında dünyanın bölgüsü Hindistanı da aktivləşdirib. Hindistan da törədilmiş terror aktını birbaşa Pakistana bağlayır. Pakistan müraciət edir ki, üçüncü bir tərəfi – ya Rusiyanı, ya Çini terror aktının istintaqına cəlb edək. Hindistan tərəfi bu təklifi rədd edir. Hindistan baş verən hadisəni terror aktı kimi qiymətləndirir”.

Onun sözlərinə görə, terrorçu Pakistanda da terrorçudur, Hindistanda da, dünyanın hər yerində də:

“Hindistanın terror aktının araşdırmasında maraqlı olmaması suallar yaradır. Hindistanın bu mövqeyindən yola çıxsaq, məntiq onu deyir ki, bu terror aktının arxasında Hindistan xüsusi xidmət orqanları da dayana bilər. Pakistan araşdırmada maraqlıdır, Hindistan isə yox. Deməli, Hindistan nəyisə gizlətmək istəyir. Baş verənlər onu deməyə əsas verir ki, Hindistana bir bəhanə lazımdır və geosiyasi bölgüdə öz səsini qaldırır. Hindistanla Pakistan arasında atəşkəs tez-tez pozulur. Düzdür, quru əməliyyatlar aparılmayıb, ancaq bir-birinə hava zərbələri endiriblər. Hesab edirəm ki, böyük güc mərkəzləri öz maraqlarına çatmamış proseslər yekunlaşmayacaq”.

Rusiya-Ukrayna cəbhəsinə gəldikdə isə hərbi ekspert bunları deyib:

“Rusiya-Ukrayna cəbhəsində də bənzər hadisələr gedir. Hər gün yeni bir iddia ortaya atılır. Rusiyanın minimum hədəfi Zaporojya, Xerson vilayətini ələ keçirməkdir. Digər hədəf isə Odessa və Xarkovdur. Faktiki Rusiya cəbhədə irəliləyir. Tramp gah deyir, vasitəçilikdən çəkiləcək, gah deyir, Ukraynaya yardım edəcək. Hesab edirəm ki, bunlar hamısı manipulyasiyalardır. Siyasi oyunlar oynayırlar”.

Ş. Ramaldanov əmindir ki, Hindistanla Pakistan arasında döyüşlər olsa, Hindistanın nəyəsə nail olması çətin olacaq:

“Hindistan böyük dövlətdir, əhalisi çoxdur, silahlı qüvvələri dünyada dördüncüdür, ancaq motivasiya baxımından Pakistan ordusundan geri qalırlar. Pakistan ordusunun hazırlığı Hindistandan daha güclü sayılır. Hər bir döyüşlər başlayanda orduların gücündən daha çox tərəfləri kimin dəstəkləməyi də önəmlidir. Ukrayna fonunda bunu gördük. Üç ildən yuxarıdır ki, müharibə gedir. Ona görə ki, Ukraynanı dəstəkləyən qüvvələr çox oldu. Pakistanı da dəstəkləyən dövlətlər çoxdur. Tərəflər, ola bilsin ki, bir-birinə zərbələr endirəcək, ancaq nüvə silahından istifadə inandırıcı deyil. Çünki nüvə silahı olan ölkələrə beynəlxalq təsir mexanizmi daha təsirlidir. Yəni dünya qoymaz ki, nüvə silahından istifadə etsinlər. Bütün münaqişələr böyük dövlətlər tərəfindən idarə olunur. Onlar öz maraqlarını tam şəkildə təmin edənə qədər proseslər davam edəcək”.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600