Çətin vaxtında Mətanətə hansı məşhur KÖMƏK EDİB: "Dedi, mən ölmüşəm ki, sən..."

media-hightechnic-468x90

“Elə vaxtım olub, çörək almağa pulum olmayıb”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova “Bir gün” verilişində deyib.

O, həyatının ən ağır dönəmində həmkarı Vasif Məhərrəmlinin ona etdiyi maddi köməkdən danışıb:

“Elə vaxtım olub, çörək almağa pulum olmayıb. Həmin vaxt Vasif mənə kömək edib. Oturmuşdum evdə, Vasif zəng etdi, soruşdu: “Noolub, pulun yoxdur?” Dedim, pul nədir, inanırsan, evdə heç nəyim yoxdur. Dedi: “Bir məclisdəyəm, dur tez gəl ora!” Hansı ki, oraya məni dəvət etməyiblər, Mətanət orada heç kimə lazım deyil. Getdim, Vasif dedi: “İndi də Mətanət ‘Kəsmə şikəstə’ oxusun, qulaq asaq.” Çox mötəbər insanların məclisiydi. Vasifin qarşısındakı stolun üstü pulla dolu idi, hamısını mənə verdi. Ağlamaq tutdu məni. O da məni qucaqlayıb dedi: “Bəyəm mən ölmüşəm ki, sən çətinlik çəkəsən.” O, kürəyini söykəyə biləcəyin bir insan, əsl dostdur”.

Onun bu sözlərindən təsirlənən Vasif göz yaşlarına hakim ola bilməyib.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05