MİDA Binəqədi Yaşayış Kompleksindən mənzillləri satışa çıxarır

media-hightechnic-468x90

 

media-banner_tuq

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Binəqədi Yaşayış Kompleksi üzrə 204 mənzilin satışı 3 dekabr saat 11:00-da başlayacaq və 12 dekabr saat 11:00-da başa çatacaq.

Bu barədə Yenicag.az-a Agentliyin mətbuat katibi Diana Dadaşova məlumat verib.

Onun sözlərinə görə, Binəqədi Yaşayış Kompleksində satışa çıxarılan mənzillərin qiymətləri aşağıdakı kimi olacaq:

Studio tipli mənzillər – 48 120 manat

2 otaqlı mənzillər – 69 240 manat

3 otaqlı mənzillər – 87 480 manat

4 otaqlı mənzillər – 118 800 manatdan başlayır

Satış prosesi “Güzəştli mənzillərin satışına dair qaydalar”a uyğun şəkildə aparılacaq. Qaydaların 5.6-cı bəndinə əsasən, mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız ilkin razılıq alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05