Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi və MƏNƏVİ İNKİŞAFI: Məktəblərin ROLU

media-hightechnic-468x90

Son illər uşaqların internet və sosial media istifadə səviyyəsinin kəskin artması, onların psixoloji və mənəvi inkişafında yeni çağırışlar yaradıb.

Virtual mühitdə daha çox vaxt keçirən şagirdlər, bir tərəfdən müxtəlif bilik və təcrübələr əldə etsələr də, digər tərəfdən yanlış məlumatlar, təzyiq və mənfi təsirlərlə qarşılaşırlar. Bu vəziyyət təhsil prosesinə və uşaqların sosial inkişafına ciddi təsir göstərir.

media-telefon-1

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri rəqəmsal mühitin məktəblilər üçün yaratdığı risklərə diqqət çəkib. O bildirib ki, bu məsələ bəzən kifayət qədər ciddi qəbul edilməsə də, müasir təhsilin əsas problemlərindən biri məhz budur:

media-elmin6-1

“Kimsə bu detalı ciddiyə almasa da, mən düşünürəm ki, təhsildəki əsas problemlərdən birincisi məhz dediyiniz detaldır. Uşaqların internet və sosial media mühitindəki asılılıqları, onlardan səmərəsiz istifadə etmələri və təhsilə verdiyi demotivasiya prinsipləri çox ciddi problemdir. XXI əsr informasiya texnologiyaları və süni intellekt dövründə bu məsələ daha da aktuallaşır. Gün ərzində aldığımız saysız-hesabsız məlumatlar psixoloji və zehni vəziyyətə ciddi təsir göstərir.”

Ekspertin sözlərinə görə, informasiya bolluğu bəzən şagirdləri yönləndirmir, əksinə, ətalətə salır və xaos yaradır. Bu isə təhsil prosesindən geri qalma, motivasiya itkisi və psixoloji gərginlik kimi nəticələrə səbəb olur:

“İnformasiya xaosunda psixoloji olaraq sarsılan bir şagirddən uğurlu nəticə gözləmək mümkün deyil.”

Elmin Nuri qeyd edib ki, bu problemlərin həlli üçün məktəblərdə media savadlılığı dərslərinin tətbiqi vacibdir. Onun sözlərinə görə, media savadlılığı sadəcə KİV-in tanıdılması deyil:

“Media savadlılığı aldığımız informasiyanın düzgün təhlili, emalı və onları düzgün seçib-ayırd etmək bacarığıdır. Bu, həm məktəbdə, həm də məktəbdənkənar müəssisələrdə mütləq öyrədilməlidir.”

Elm və təhsil məsələləri üzrə tədqiqatçı bildirir ki, gələcəkdə təhsil proqramlarında mütləq şəkildə “Media Savadlılığı” fənninin yer alacağı gözlənilir. Çünki saniyələr içində dəyişən informasiya axını şagird psixologiyasına birbaşa təsir göstərir və onun təsirlərini tanımaq, idarə etmək xüsusi bacarıq tələb edir.

Elmin Nuri hesab edir ki, yeniyetmələr çoxlu informasiya alır, lakin onun şüuraltına təsirini, yaratdığı mənfi təəssüratları aradan qaldırma yollarını bilmirlər:

“Biz yeniyetmə olaraq informasiyanı alırıq, amma onun şüuraltımıza təsirini, yaratdığı psixoloji yükü tanımaq və ondan qorunmaq yollarını bilmirik. Ona görə bu bacarıqlar mütləq tədris olunmalıdır.”

media-medialogo

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanmışdır.

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa