Separatçılar Ukrayna sərhədinə hücum etdi

media-hightechnic-468x90

defDünən gecə saatlarından etibarən separatçılar bir neçə dəfə Ukrayna sərhədini keçməyə cəhd ediblər.   

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətindən məlumat verilib.  

İlk olaraq “Krasnodon” sərhəd keçid məntəqəsinə Rusiya tərəfdən “Kamaz” markalı 3 yük maşını yaxınlaşıb. Sərhədçilərin ”saxla” əmrinə tabe olmayan yük maşınları sərhədi keçməyə cəhd etsələr də, sərhədçilərin açdığı atəş nəticəsində geri dönməyə məcbur olublar.  

Bir müddət sonra isə “Luqanskaya staniça” sərhəd keçid məntəqəsinə avtomat silahlarla silahlanmış 30 nəfərlik qrup yaxınlaşaraq sərhədçilərdən silahlarını təhvil verib təslim olmağı tələb ediblər.  

Sərhədçilərin imtina etməsindən sonra separatçılar avtomat, pulemyot və qumbaraatanlarla hücuma keçiblər. Gərgin döyçdən sonra separatçılar geri çəkiliblər.  

“Döyüş nəticəsində separatçıların 2 snayper nöqtəsi məhv edilib”, –  deyə Ukrayna Dövlət Sərhəd Xidmətindən məlumat verilib.  

Sərhədçilər arasında yaralananlar var.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600