Separatçılardan Putinə çağırış

media-hightechnic-468x90

fgbthyuiQondarma Luqansk Respublikasının lideri Valeri Bolotov Rusiya prezidenti Vladimir Putinə müraciət edib.  

Bolotov Putindən “respublika” ərazisinə sülhməramlı qoşun yeridilməsini xahiş edib.   Müraciətdə deyilir:  

“Bu gün saat 04:00-dən etibarən Ukrayna ordusu mülki vətəndaşlara qarşı təcavüz həyata keçirib. Qeyri-legitim Kiyev hakimiyyəti Luqanskda cəza əməliyyatına başlayıb. Onun qoşunları respublikanın regionlarını işğal etməyə davam edir, vətəndaşların həyatına təcavüz edir”.  

Müraciətdə eyni zamanda qeyd edilib ki, “Luqansk respublikası”nın cəza əməliyyatını dayandırmaq üçün yerətincə qüvvəsi yoxdur. Bolotov ümid edir ki, Rusiya regionda Ukrayna hakimiyyəti tərəfindən süni şəkildə yaradılmış humanitar fəlakət başlamamış sülhməramlı qoşunların yeridilməsi ilə bağlı qərar qəbul edəcək. 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600