“Şərəf” ordeni Xalq artisti Afaq Bəşirqızına təqdim olundu – FOTO/VİDEO

media-hightechnic-468x90

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Xalq artisti, görkəmli teatr və kino aktrisası Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif olunub.

Yenicag.az xəbər verir ki, sentyabrın 3-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən mərasimdə orden sənətkara təqdim edilib.

Mədəniyyət naziri Adil Kərimli Afaq Bəşirqızını 70 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə təbrik edərək, onun səhnə və ekran yaradıcılığının milli mədəniyyətimizin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Afaq Bəşirqızı dövlətimizin sənətə göstərdiyi diqqətə görə minnətdarlığını ifadə edib. Mərasimdə aktrisaya həmçinin Mədəniyyət Nazirliyinin Fəxri diplomu və Azərbaycan Teatr Xadimləri İttifaqının “Teatr fədaisi” medalı təqdim olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa