“Space”ə keçən APARICI: “Heç kimi bezdirməyəcəyəm”
Aparıcı İsa Şükürov yeni mövsümdə fəaliyyətini “Space TV”də davam etdirəcək.
Bu barədə Yenicag.az-a açıqlamasında aparıcı özü bildirib:
“Kanal S” ilə yollarımızı ayırdıq. Yeni verilişim olan “Öz aramızda” ilə fəaliyyətimi “Space” Televiziyasında davam etdirəcəyəm. Təkcə “Space” televiziyasında deyil, həm də radiosunda aparıcılıq edəcəyəm. Etiraf edim ki, həyəcan var, 15 ildən çoxdur televiziya aparıcısı olmağıma baxmayaraq, məsuliyyət mövcuddur ki, həyəcan da ondan irəli gəlir. Radio təcrübəm isə yoxdur, 104 FM-in peşəkar komandası var və mənə onlar yardımçı olacaqlar. Radio təcrübəsi olmayan biri kimi, ilk efirim məni çox həyəcanlandırır. Amma içimdə bir hiss var ki, uğurlu olacaq. Bir sözlə, həftə içi hər gün hər efirdə, həm radioda olacağam. İnşallah, bezməzsiniz məndən”.
Cəvahir