Erməni müxalifətindən ŞOK PLAN: “Məqsədləri torpaqlarımızı...” – Paşinyan üçün GƏRGİN ANLAR

media-hightechnic-468x90

“İndiki halda Ermənistan daxilindəki qüvvələrin vəziyyəti dəyişməyə gücü çatmaz”.

Bu sözləri Ermənistan daxilində revanşist qüvvələr aktivləşməsi, Rusiya faktoru və Paşinyanın atdığı addımları Yenicag.az-a şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri, millət vəkili Elşad Musayev deyib.

media-elshad_musayev_in_2024

O, bildirib ki, Paşinyan cəmiyyəti sülhə hazırlamaq istiqamətində tədbirlər görür:

“Son dövrlər Ermənistan hakimiyyəti ilə Azərbaycan hakimiyyəti arasında münasibətlər xeyli yumşalıb. Vaşinqton razılaşmasından sonra Paşinyan cəmiyyəti sülhə hazırlamaq istiqamətində tədbirlər görür, ancaq əks düşərgədə onlar vəziyyəti gərginləşdirməklə məşğuldur. Xüsusilə Rusiyaya bağlı qüvvələr daha aktivdir. Bu da təbii haldır. Rusiya ilə Azərbaycanın münasibətlərinin kəskinləşməsi də onların əlinə fürsət vermişdi”.

BAP sədri yekunda onu da vurğulayıb ki, gərginlik istəyən qüvvələrin məqsədi, hədəfi Azərbaycan torpaqlarını işğal etməkdir:

“Hesab edirəm ki, onların vəziyyəti dəyişmək gücü yoxdur. Nəzərə almaq lazımdır ki, Rusiya vasitəsi ilə təxribat törədə bilərlər. Rusiyanın başı isə Ukraynada qarışıb. Rusiya Cənubi Qafqazdan çəkilmək istəmir. Aydın görünür ki, Rusiya qərəzlidir. Bölgəni əlində saxlamaq üçün addımlar atmaq niyyətindədirlər. İndiki halda Ermənistan daxilindəki qüvvələrin vəziyyəti dəyişməyə gücü çatmaz”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa