Nobel üçün “Ukrayna kartı”: Trampın hesabı, Putinin cavabı – İLGİNC DETALLAR

media-hightechnic-468x90

“Tramp Nobel Sülh Mükafatını qazanmaq obsesiyasına sahibdir və hesab edir ki, Ukrayna münaqişəsinə siyasi həll tapmaqla bu mükafatı təmin edə bilər”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiyada yaşayan amerikalı analitik Endryu Koribko deyib.

media-endryu-koribko1

O, ABŞ prezidenti Donald Trampın Vladimir Putin və Volodimir Zelenski arasında danışıqların baş tutması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, ABŞ lideri açıqlamasında söyləyib ki, Zelenski və Putinin danışıqlara hazır deyil, amma tezliklə nə isə olacaq.

Prosesləri analiz edən siyasi təhlilçi əlavə edib ki, Tramp bunun sürətlə reallaşa biləcəyini arzulamışdı, lakin tezliklə hər iki tərəfin bir neçə əsas məsələ üzrə uzlaşılmaz mövqelərə sahib olduğunu başa düşdü:

“Bu məsələlər, əsasən, ərazi və təhlükəsizlik zəmanətləri ilə bağlıdır. Rusiya perspektivindən mövcud reallıq tanınmalı və NATO-dan gələn Ukrayna təhdidləri sülh sazişinin bir hissəsi kimi neytrallaşdırılmalıdır. Tramp özünü mükəmməl bir sövdələşmə ustası kimi təqdim edir, amma heç vaxt Zelenskini bu məsələlərdə Putinə güzəştə getməyə məcbur etməyə çalışmayıb. Məsələn, o, Ukraynanın ən azı Donbasın qalan hissəsindən geri çəkilməyincə, hərbi yardımı məhdud müddətə dayandıra bilərdi və yalnız Rusiya ərazi və silahsızlanma hədəflərini yumşaltdığı təqdirdə, məhdud yardımı bərpa edə bilərdi. Bunun əvəzinə, narahatlıq doğuran xəbərlər getdikcə artmaqdadır ki, sülh sazişindən əvvəl və ya sonra NATO qoşunlarının Ukraynaya göndərilməsi planlaşdırılır”.

Onun sözlərinə görə, Tramp düşünürdü ki, Ukrayna münaqişəsi bitdikdən sonra Rusiyaya resurs-mərkəzli (enerji və nadir torpaq elementləri – red.) strateji tərəfdaşlıq vəd etmək Putini bu həssas məsələlərdə tək tərəfli güzəştlərə məcbur edə bilər:

“Bu, səhv hesablamaydı və son həftədə Rusiya ilə Çin arasında uzun müddət danışıqlar aparılan “Sibir Gücü 2” qaz kəməri sazişinin bağlanması ilə Rusiyanın Çinlə yaxınlaşmasına səbəb oldu. İndi Trampın nəzərdə tutduğu resurs-mərkəzli Rusiya-ABŞ strateji tərəfdaşlığı üçün əvvəlkindən daha az imkan qalıb”.

Müsahibimiz yekunda onu da bəyan edib ki, hazırda son proseslərdən sonra Tramp məyusdur:

“Putin yalnız onun bir tərəfli təklifini rədd etmədi, həm də yuxarıda qeyd olunan sazişlə Çinə yönləndi ki, bu da ABŞ-nin yeganə sistemik rəqibinin supergücə çevrilmə prosesini sürətləndirəcək. Sülh hələ də mümkündür, amma Putin yalnız Rusiyanın müəyyən hədəfləri, hətta qismən olsa belə, yerinə yetirildikdə buna razı olacaq. Hazırda isə Zelenski güzəştə getməyə hazır deyil və Tramp da Zelenskini buna məcbur etməyə cəhd etmir. Diplomatik irəliləyiş baş verməsə, hər hansı bir eskalasiya ehtimalı yüksəkdir”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa