Əməkdar artist: “Oxuyanda elə bil çəkiclə divara vurursan”

media-hightechnic-468x90

“Adam var Allah ona nə boyda səs verib, amma oxuyanda elə bil çəkiclə divara vurursan”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Bəsti Sevdiyeva “Evdəkilərə salam” verilişində deyib.

Sənətçi səsin gur olmağının önəm daşımadığını, məlahətli olmağının vacib olduğunu bildirib:

“Adam var balaca səsi var, amma o səs düşündürür, ürəyinə toxunur. Adam da var Allah ona nə boyda səs verib, amma elə bil oxuyanda çəkiclə divara vurursan. Bəyənmirəm elə səsi. Söz yox, səs lazımdır, əslində… Amma onu elə istifadə etməlisən ki, ürəyə toxunsun, insanı düşündürsün, təsir etsin”.

Müğənni hər adamla verilişə getmədiyini də bildirib:

“Məni verilişlərə dəvət edəndə birinci sualım bu olur ki, o verilişdə kimlər olacaq? Adlar çəkilir, qalırsan, belə ki, mən gedib həmin verilişdə onunla nə danışacağam?! Axı bu vaxta qədər o adamla bir dəfə də olsun salam-aleykum olmayıb. Onda da inciyirlər ki, niyə soruşursan?!”

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa