Sərhəddə atışma: 33 Qırğızıstan vətəndaşı ölüb

media-hightechnic-468x90

Tacikistanla sərhəddə baş vermiş atışma nəticəsində 33 Qırğızıstan vətəndaşı həyatını itirib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Ölü sayının artacağı istisna edilmir.

Xatırladaq ki, aprelin 29-da Qırğızıstanla Tacikistan sərhədinə yaxın ərazilərdə yaşayan yerli sakinlər arasında qarşıdurma olub. Qarşıdurma sonda iki ölkənin hərbçiləri arasında atışmalara səbəb olub. Silahlı insident 6 saat davam edib.

Aprelin 29-u axşam saatlarında tərəflər atəşkəs və hərbi qüvvələrin sərhəddən uzaqlaşdırılması barədə razılığa gəldilər. Lakin ertəsi gün atəşkəs pozularaq döyüşlər bərpa edilib. Aprelin 30-da isə ikinci dəfə atəşkəslə bağlı razılıq əldə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600