“İndi bu qızlar ərə getmək ifadəsindən niyə çəkinirlər ki?”
Yenicag.az xəbər verir ki, bunu yazıçı Seyran Səxavət “Yeni Sabah”a müsahibəsində deyib.
“Çox maraqlıdır. Qızlar deyir ki, mən evlənirəm. Qızların evlənməyə ixtiyarı yoxdur. Qızlar ərə gedə bilər. Hər şey belə baş-ayaq olduğuna görə, Azərbaycanda 10 nəfər ailə qurursa, 25 nəfər boşanır. Mən bir yazıçı kimi deyə bilərəm ki, elə boşanmaların da 90 faizinin səbəbi budur. İndiki dövrdə kişi-qadın statusu itib, bir-birinə qarışıb.
Azərbaycan dili var və onun qayda-qanunları var. Deyir ki, filankəsin oğlu evləndi, filankəsin qızı ərə getdi. İndi bu qızlar ərə getmək ifadəsindən niyə çəkinirlər ki?
Yəni dil məsələsi bizim sahəmizdir, icazə versinlər, təmiz Azərbaycan dilində danışaq!” – deyə yazıçı bildirib.
www.yenicag.az