!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şeyx Əbdül ÇAĞIRIŞ ETDİ: “Kino məbədimizi məhv olmağa qoymayaq”

!Reklam – Yazi

“Gəlin, hamılıqla əl-ələ verək, kino məbədimizi məhv olmağa qoymayaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Xalq artisti, tanınmış rejissor və aktyor Şeyx Əbdül Mahmudbəyov deyib.

Xalq artisti bütün kino cameəsinə səslənərək, onlara çağırış edib:

“Azərbaycanda fəaliyyət göstərən bütün kino prodakşnlara, kinoçəkənlərə müraciət və çağırış edirəm ki, tində-bucaqda fəaliyyətinizi dayandırın. Kino məbədimiz Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası bomboş qalıb. Görün, orada nə qədər boş otaqlar var, texniki avadanlıqlar da… Gəlin, hamınız orada məskunlaşın. Sizdən tələbimiz də yoxdur. Əvvəlki qaydada kinonuzu çəkin, əl-ələ verib işləyək, kino məbədimizi məhv olmağa qoymayaq. Sizdən icarə pulu da istəyən olmayacaq. Sadəcə olaraq, işlətdiyiniz suyun, qazın, işığın, kommunalın pulunu ödəyəcəksiniz. Dövlətdən isə yalnız mənəvi dəstək istəyirik. O kino məbədində Azərbaycan kinosunun inciləri çəkilib. Bu gün də o incilər məhz kinostudiyada ərsəyə gəlməlidir. Bunu mən sizə 80 illik ömrünün 60 ilini kinoya həsr edən, kino fədaisi Şeyx Əbdül deyir. Sizin hər birinizi kinostudiyada gözləyirəm”.

Cəvahir

www.yenicag.az

108
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv