Sidneydə aramsız küləklər təyyarə reyslərinin gecikməsinə səbəb olur

Hava limanında iki uçuş-eniş zolağı bağlanıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, həm daxili, həm xarici reyslər gecikmə ilə həyata keçirilir.

Buna səbəb kimi güclü külək baş verməsidir.

Hava limanında uçuşların gecikməsi səbəbindən minlərlə sərnişinin toplaşdığı bildirilir.

Qantas və Virgin Australia aviaşirkətlərindən bildirilib ki, Sidney, Melburn və Brisben şəhərlərinin hava limanları da güclü küləyə görə müəyyən ləngimə ilə işləyir.

COP29