Məşhur tennisçi karyerasını başa vurur

media-hightechnic-468x90

Məşhur tennisçi Stanislas Vavrinka karyerasını 2026-cı ildə başa vuracağını açıqlayıb.

“Yenicag.az” xəbər verir ki, idmançı bu barədə instaqram hesabında paylaşım edib.

“Hər kitabın bir sonu olur. Peşəkar tennisçi kimi karyeramın son fəslini yazmaq vaxtıdır. 2026-cı il mənim bu yoldakı son ilim olacaq”, – deyə tennisçi paylaşımında bildirib.

İsveçrəli idmançı peşəkar tennisdə 2002-ci ildə debüt edib və karyerası ərzində 16 titul qazanıb. O, üç dəfə “Böyük dəbilqə” turnirinin qalibi, 2008-ci ildə Roje Federer ilə birlikdə Olimpiya çempionu olub. S.Vavrinka 2014-cü ildə ölkəsinə ilk dəfə “Davis Kuboku” titulunu qazandırıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa