Sumqayıt Dövlət Arxivinin direktoru təqaüdə göndərildi: Yerinə polis polkovniki təyin olundu - FOTO
Sumqayıt Dövlət Arxivinin direktoru təqaüdə göndərildi – Yerinə polis polkovniki təyin olundu
Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının direktoru Gülnaz Mahmudzadə vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu qərar Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovun müvafiq əmri ilə qəbul edilib.
Gülnaz Mahmudzadənin təqaüdə göndərilməsinin səbəbi yaş həddi ilə əlaqədar olub. Onun yerinə isə İbadov Yasər Məhəmməd oğlu təyin edilib.
Yasər İbadov, təqaüddə olan polis polkovnikidir. O, Sumqayıt Şəhər Polis İdarəsinin 1, 2, 3 və 4-cü Polis Bölmələrinin rəisi, həmçinin Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini və Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi vəzifələrində çalışıb./Qaynarinfo/