Sürücülərin nəzərinə – Bu yollar bağlanır

media-hightechnic-468x90

скачанные файлы (1)“TOUR d`AZERBAİJAN” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar may ayının 4-də saat 09.30-dan 14.30-dək Dövlət Bayrağı Meydanından Dairəvi yol – Bakı-Sumqayıt şosesi – Masazır – Novxanı – Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Göstərilən vaxtda həmin istiqamətlərə alternativ yollardan istifadə olunması xahiş olunur.(APA)

media-ziraat-728x90

Sürücülərin nəzərinə! Bu yollar bağlanır

media-hightechnic-468x90

9de46f57197642931f1d1ee12a5b8233Bu gün – iyunun 17-si və 18-də Avropa Oyunları ilə bağlı Bakının bəzi yerlərində nəqliyyatın hərəkətində məhdudiyyətlər ediləcək.

“Bakı-2015” Avropa Oyunlarının kişilər və qadınlar arasında fərdi ötüşmə velosiped yarışı ilə əlaqədar olaraq, Bakı ikinci dairəvi yolunda “Jumeirah Beach” otelinin yaxınlığındakı dairədən “Sea Breeze” istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 kilometrliyi arasındakı hissəyədək iyunun 17-18-i tarixlərində aşağıda göstərilən vaxtlarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq: iyunun 17-də saat 11:30-dan 15:30-a kimi “Jumeirah Beach” otelinin yaxınlığındakı dairədən – “Sea Breeze” istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 kilometrliyinədək; iyunun 18-də saat 05:30-dan 20:40-a kimi “Jumeirah Beach” otelinin yaxınlığındakı dairədən “Bilgəh Estates”in qərb hissəsində birinci geri döngəyədək, saat 06:30-dan 18:40-a kimi “Bilgəh Estates”in qərb hissəsində birinci geri döngədən – “Sea Breeze” istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 kilometrliyinədək. Bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən bildiriblər.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi sürücülərdən alternativ yollardan istifadə etməyi məsləhət görür. Bilgəh istiqamətində hərəkət edən sürücülər “Jumeirah Beach” otelinin yaxınlığındakı dairəyə birləşən Aslan Salahzadə küçəsindən, “Bilgəh Estates”dən qərb istiqamətində hərəkət edən sürücülər Maştağa ərazisindən keçməklə Zağulba magistral yoluna birləşən Abşeron küçəsindən (Məmməd Namazov), Kürdəxanı qəsəbəsinə doğru hərəkət edən sürücülər Zabrat qəsəbəsindən keçməklə Zabrat magistral yolundan istifadə edə bilərlər. (Ans)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600