Tacikistan sərhədlərini bağladı

Tacikistan hakimiyyəti ölkədən çıxışı və girişi müvəqqəti dayandırıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Tacikistan Xarici İşlər Nazirliyi bu gün yaydığı açıqlamada bildirib ki, koronavirusun ölkəyə daxil olmasının qarşısının alınması məqsədilə bütün xarici ölkə vətəndaşları üçün ölkəyə giriş və çıxış bağlanıb.

Qurumdan bildirilib ki, bu məhdudiyyətlər Tacikistan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin diplomatlarına, beynəlxalq təşkilatların və maliyyə qurumlarının nümayəndələrinə, həmçinin onların ailə üzvlərinə şamil edilmir.