Tacikistanda kütləvi iğtişaşlar başladı

media-hightechnic-468x90

kmkijiojuhujTacikistanın cənubunda yerləşən Xoroq vilayətində kütləvi iğtişaşlar başlayıb.  

Bu barədə “Ferqana” agentliyi məlumat yayıb.  

Agentliyin məlumatına görə, iğtişaşlara səbəb OMON əməkdaşlarının şəhərin mərkəzində bir neçə mülki şəxsi güllələməsi olub. Həmin vaxt OMON əməkdaşları hansısa cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirirmiş.  

Keçmiş səhra komandiri polkovnik Maxmadbokir Maxmadbokirovun qardaşının saxlanılması narazılıqlara səbəb olub. Yerli sakinlər onu müdafiə edərək həbs olunmağa qoymayıblar. Hüquq-mühafizə orqanları odlu silahdan atəş açmağa məcbur olublar. Nəticədə 3 nəfər ağır yaralanıb, onlardan ikisi xəstəxanada ölüb.    

Bundan sonra kütlə günahkarların cəzalandırılmasını tələb edib. Şəhərdəki bütün güc strukturlarının binalarına od vurulub.   Tacikistan Sosial-Demokrat Partiyasının sədri Alim Şerzamonov bildirib ki, hazırda polis və prokurorluq orqanlarının binaları yanır: “Yanan binaların ətrafında 700-ə yaxın insan toplaşıb. Polis idarəsinin binasının bütün şüşələri sındırılıb. Yanan binalarda heç kim yoxdur”.   

Hökumət iğtişaşları yatırmaq üçün iki helikopter qaldırıb və yerli əhalidən evdən çıxmamaları xahiş olunub.   Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, iğtişaşçıların təşkilatçısı olan bir neçə nəfər saxlanılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600