!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cəmilədən SƏRT AÇIQLAMA: “Pula görə özünü axırıncı yola qoymaq utancvericidir”

!Reklam – Yazi

“Pula görə özünü axırıncı yola qoymaq olmaz…”

Bunu “TikTok”da pul qazanmaq üçün az qala yalvaran sənətçilərlə bağlı danışarkən tanınmış aktrisa Cəmilə Tağıyeva Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa özünü alçaldaraq qazanc əldə edən sənət aldamları ilə bağlı sərt fikirlər səsləndirib:

“Pul qazanmaq ayıb deyil. Amma baxır, onu necə, hansı yolla qazanırsan. Pul qazanacaqsan deyə özünü hörmətdən salmaq olmaz. Pulun olmasa, bir çörək belə ala bilməzsən, pula ehtiyacımız var. Amma, bu o demək deyil ki, özünə sənətçi deyən biri pula görə “TikTok”da özünü axırıncı yola qomalıdır. Nə var, nə var, pul qazanacaq. Bu, mənə görə, ayıb bir işdir. Halal zəhmətlə pul qazanmaq, yenə də deyirəm ki, ayıb iş deyil. Amma kimsə sənə şir atacaq, pələng atacaq, özümü öldürüm, bu, biabırıçılıqdır”.

Aktrisa özünün də əvvəllər “TikTok” açdığını, sonradan istifadə etmədiyini bildirib:

“Mən də “TikTok” açmışam, amma belə şeyləri görəndən sonra gözümdən düşdü. Mən də yaxşı pullar qazana bilərdim. 200-300-1000, 1500 dollar və daha yüksək məbləğdə qazanc götürə bilərdim. Amma mən o pula görə öz mənliyimi aşağı sala bilmərəm. Mənə görə, sosial şəbəkələr sadəcə olaraq bir əyləncədir. Başımı qarışdırıram və ora ciddi iş kimi baxmıram. Amma yenə də deyirəm, belə platformalarda yaxşı pul qazananlar var. Dünyaca məşhur sənətçilərin də orada səhifələri var. Amma oradan qazanc götürmək üçün özünü axırıncı yola qoymaq mənə görə utancvericidir. Özünə sənətkar deyən insan elə yola əl atmaz”.

Cəvahir

www.yenicag.az

1487
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv