Tailandda hərbi çevriliş

media-hightechnic-468x90
frgthyjTailand Quru Qoşunlarının komandanı general Prayut Çan-Oça mayın 22-də ölkədə hərbi çevriliş baş verdiyini elan edib.
Milli televiziyadan xalqa səslənən Prayut Çan-Oça deyib ki, Tailand ordusu ölkədə sülh və əmin-amanlığı təmin etmək məqsədilə hökumətin funksiyalarını üzərinə götürür.
Mayın 19-da Tailandda hərbi vəziyyət elan olunmuşdu. Hökuməti iş başında saxlayan Prayut Çan-Oça hərbi vəziyyətin elan olunmasını hakimiyyət və müxalifət tərəfdarları arasında mümkün toqquşmaları önləmək niyyəti ilə izah etmiş, bunun dövlət çevrilişi olmadığını vurğulamışdı.
Ötən ilin noyabrından Tailandda hökumət əleyhinə davamlı aksiyalar keçirilir. İndiyədək toqquşmalarda 28 nəfər həlak olub.
Mayın 7-də Tailand Konstitusiya Məhkəməsi baş nazirin səlahiyyətlərini icra edən Yinqlak Çinavatı istefaya göndərib. Həmin gün onun yerinə Nazirlər Kabineti rəhbərinin sabiq müavini və ticarət naziri Nivatxamronq Bunsonqpaisan təyin olunub.
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600