Tayvanda qasırğa 14 nəfərin həyatına son qoydu
Tayvanda “Raqasa” qasırğası nəticəsində 14 nəfər ölüb, 18 nəfər yaralanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Tayvanın fövqəladə əməliyyatlar mərkəzi məlumat yayıb.
Bildirilir ki, təbii fəlakət 100-ə yaxın insanın köməksiz vəziyyətdə qalmasına səbəb olub. Tayfunun xarici dövranı adanın şərqində, şimalında və cənubunda sahilyanı ərazilərə təsir etməkdə davam edir və güclü yağışlar gətirir. Hualien qraflığında bir bənd yarılıb.