TBMM-də əsəblər tarıma çəkildi: Deputatın "erməni soyqırımı" ifadəsi iclası alovlandırdı - VİDEO
Türkiyə Böyük Millət Məclisində (TBMM) gərginlik yaşanıb.
Yenicag.az xəbər verir ki, PKK terror təşkilatının siyasi qolu hesab edilən DEM Partiyadan olan deputat Corc Aslanın qondarma erməni soyqırımı ilə bağlı ifadələri milliyyətçi cəbhə tərəfindən etirazla qarşılanıb.
İYİ Partiyadan olan millət vəkili Şenol Sunatın onun sözlərinə “lənətləyirik” şəklində reaksiya verməsinə Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatı, vitse-spiker Təkin Bingöl müdaxilə edərək bunun ağır söz olduğunu bildirib.
İYİ Partiyanın digər deputatı, iclasın katibi Yasin Öztürk isə əlini kürsüyə vuraraq Bingölün üstünə qışqırıb və soyqırımı ilə bağlı ifadələrin rəsmi xronikaya daxil edilməməsini, həmçinin iclasın fasiləyə yollanmasını tələb edib.
Qısa gərginlikdən sonra vitse-spiler bu tələbi qəbul edərk iclasa fasilə verib.