Təcridxanaya telefon keçirilməsinin qarşısı alındı

media-hightechnic-468x90

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.

Yenicag.az xəbər verir ki, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (narkotik satmaq) maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş Baxşəliyev Zaur Mərdəli oğluna tanışı Sumqayıt şəhər sakini Qafarov Məhəmməd Vaqif oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Bu zaman orada olan dəmir qazandakı bişmiş dolma yeməyinin içərisində xüsusi üsulla yerləşdirilərək gizlədilmiş, işlək vəziyyətdə olan 1 ədəd Nokia markalı mobil telefon aparatı və bir ədəd danışıq kartı aşkar edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600